Bu gün səhər saatlarından başlayaraq Bakıya qar yağmağa başlayıb.

Unikal.org xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə Bakıda və Abşeron yarımadasında
dekabrın 08-də bəzi yerlərdə arabir yağış, sulu qar, qar yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, Bakıda gecə və gündüz 0-2 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Hazırda paytaxtda müşahidə edilən faktiki hava şəraiti ilə əlaqədar olaraq bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətində sıxılıq yaranıb.
Bakı Nəqliyyat Agentliyi sıxlıq müşahidə olunan ərazilərin adlarını açıqlayıb:
Tbilisi prospekti (hər iki istiqamətdə)
Ziya Bünyadov prospekti (hər iki istiqamətdə)
Heydər Əliyev prospekti (şəhər istiqamətində)
Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə)
Yusif Səfərov küçəsi (şəhər istiqamətində)