"Hər şey daxil verilişində qonaq olan müğənni Vasif Məhərrəmli maraqlı açıqlamalar edib.

Unikal.org bildirir ki, ifaçı toy mərasimlərində başına gələn maraqlı hadisələrdən danışıb:

"20 ildir toy aləmindəyəm, başıma bir çox maraqlı hadisələr gəlib. Bu yaxınlarda toyda "Yenə tovuz kimisən, nə gözəl bəzənmisən oxuyuram. Bir naxçıvanlı qardaş əsəbi halda yaxınlaşıb ki, "xoruz kimi nədir?. Bir az da idmançı görünüşündə idi. Çağırdım ki, səni başa düşmürəm, nə deyirsən? Qayıtdı ki, "Xoruz kimi nədi oxuyursan?. İzah etdim ki, "Vallah, tovuz kimi deyirəm. Bir dəfə də toyda paltarımı dəyişməyə getmək istəyirdim. Ağsaqqal saxlayıb məni ki, "Dayan, sən ağsaqqal, qarasaqqal saymırsan. Deyəsən, səni döyəcəm. Deyirəm, yazıq adamam məni niyə döyürsən? Toylarda ciddi davalar, hədsiz insident yaşamamışam. Amma xırda münaqişələr olur".