Mərhum xalq artisti Məmmədbağır Bağırzadənin oğlunun əmlakına məhkəmə həbs qoyub. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, M.Bağırzadənən müğənni kimi fəaliyyət göstərən oğlu Rahim Bağırzadə barəsində aparılan məhkəmə prosesi nəticəsində belə bir qərar verilib.

Artıq M.Bağırzadənin adına olan və etibarnamə ilə satdığı "Kia markalı avtomobil yol polisləri tərəfindən saxlanılaraq dayanacağa aparılıb.

Qeyd edək ki, bir müddət əvvəl Mürvət Abdullayev adlı şəxs Yasamal Rayon Məhkəməsinə müraciət edərək R.Bağırzadənin ondan 40 min manat aldığını, lakin qaytarmadığını bildirib. M.Abdullayev R.Bağırzadənin bir sıra tanınmış şəxslərə qarşı da dələduzluq etdiyini bildirib.

R.Bağırzadə isə telekanalların birində qonaq olduğu verilişdə bəzi problemlərlə bağlı atasından qalan bağı satdığını deyib.