"Star TVdə yayımlanan "Zuhal Topalla evlilik verilişinə daha bir azərbaycanlı qız qatılıb.

Unikal.org-un məlumatına görə, Günay adlı qız verilişdə olan Birkan adlı bəyə namizəd olub.

Günay "20 yaşım var. 15-20 gündür İstanbula gəlmişəm. Bacımla birlikdə burada yaşayıram. Heç vaxt ailə qurmadım deyə bildirib.

Birkan isə Günayı bəyənmədiyini deyib.

Günay verilişdə qalıb, iştirakını davam etdirəcəyini söyləyib.