Türkiyənin məşhur ulduzları Hadisə, Demet Akalın, Murat Dalkılıç, Berksan, Ozan Doğulu Bakıya gələcək.

Unikal.org  xəbər verir ki, onlar dekabrın 31-də Bakı Olimpiya Stadionunda Dünya Azərbaycanlıların Həmrəyliyi Gününə həsr olunmuş konsertdə səhnəyə çıxacaqlar.

Türkiyənin "Hüriyyet qəzeti həmin məşhurların konsertdən alacaqları qonorarların miqdarını açıqlayıb.

"O səs Türkiyənin münsifi, məşhur pop ulduz Hadisə gecədə 2 saatlıq çıxış üçün 375 min TL ( 190 min AZN) qazanc əldə edəcək.

Demet Akalın isə 1 saatlıq ifa üçün 250 min TL ( 127 min AZN) qonorar alacaq.