Ukraynanın Xarkov şəhərində MMA üzrə dünya çempionatında Azərbaycan idmançısı Şahin Ramazanov qızıl medal qazanıb.

Unikal.org oxu.az-a istinadən xəbər verir ki, 70 kq çəki dərəcəsində yer alan Ş.Ramazanov 3 görüş keçirməli olub.

O, ilk qarşılaşmasında Rusiyada yaşayan ermənini 30 saniyəyə məğlub edib. Bundan sonra Ukrayna döyüşçüsünü də üstələyən Ş.Ramazanov finalda liviyalı ilə qarşılaşmalı olub. Lakin həmin rəqib döyüşə çıxmaqdan imtina edib.

Nəticədə Azərbaycan təmsilçisi qalib elan olunub. Ona diplom və qızıl medal təqdim edilib.
Xatırladaq ki, dünya çempionatında 16 ölkə iştirak edib.

Azərbaycanlı döyüşçü ermənini məğlub edərək dünya çempionu olub - FOTO

Azərbaycanlı döyüşçü ermənini məğlub edərək dünya çempionu olub - FOTO