"İki kanalda qadağadayam. Bu hər zaman belə olub, hələ də davam edir. Kanallarda işləyən bəzilərinin mənə qarşı olan şəxsi qərəzidir.

Unikal.org-un məlumatına görə, bu sözləri axşam.az-a açıqlamasında müğənni Roza Zərgərli deyib.

Sənətçi bildirib ki, son vaxtlar tədbirlərə də qatılmır:

"Boş-boş tədbirlərə getməkdən yoruldum. Gündəmdə olmaq xatirinə dəvətlərə qatılmıram. Yalnız mənə yaxın olan dostlarımın və dövlət tədbirlərinə olan dəvətlərə gedirəm. Çoxundan imtina edirəm. hazırda başım İTV-də yayımlanan verilişimə qarılışb. Bir də ikinci kitabı yazıram.

Qeyd edək ki, R.Zərgərli ATV və "Lider" kanallarında qadağadadır.