2016-cı il sənət aləmində bir çox tanınmışlar dünyasını dəyişdi.

Unikal.org  bu il vəfat edən yerli məşhurların siyahısını təqdim edir:

İlin ən ağır itkilərindən biri xalq artisti İlhamə Quliyevanın vəfatı olub. Müğənni 73 yaşında fevralın 25-də səhər saatlarında qəfildən halı pisləşib, dünyasını dəyişib.
Картинки по запросу ilhame quliyeva

Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra yanvarın 9-da 66 yaşında dünyasını dəyişib.
Картинки по запросу zelimxan yaqub

Xalq artisti, dirijor Nəriman Əzimov 80 yaşında vəfat edib.

Rejissor Ələkbər Kazımovski dünyasını dəyişib. O, əməkdar artist Nahidə Orucovanın 55 illik yubiley məclisinin başlamasına bir qədər qalmış restorana gəlib. Halı pisləşən rejissor masada vəfat edib.

Azərbaycan Televiziya və Radio Verilişləri (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin 55 yaşlı diktoru Bəxtiyar Şərifzadə iş başında dünyasını dəyişib.

Şair, publisist, ssenari müəllifi, kino redaktoru əməkdar mədəniyyət işçisi Fikrət Sadıq bu ilin noyabrın 16-da 86 yaşında vəfat edib.
Похожее изображение

Rejissor, əməkdar incəsənət xadimi Fikrət Əliyev martın 8-i 76 yaşında dünyasını dəyişib.

Aktyor, uzun illər AZTV-də rejissor assistenti kimi çalışan Arif Qasımov martın 7-i 65 yaşında vəfat edib.

"Şeron qrupunun musiqiçisi Azər Qafarov noyabrın 7-də dünyasını dəyişib.

Tanınmış uşaq bəstəkarı, xalq artisti Oqtay Zülfüqarov avqustun 31-i 87 yaşında vəfat edib.
Картинки по запросу oktay zulfuqarov

Xalq şairi, tanınmış publisist Söhrab Tahir mayın 4-ü 90 yaşında vəfat edib.
Похожее изображение

"Lider TVnin əməkdaşı İlqar Qulusoy rəhmətə gedib.axşam.az