Müğənni Ece Seçkin bir fanatının ona çətin anlar yaşatması barədə danışıb.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, fanatı müğənninin evinə hücum edib:

"İstanbuldan kənarda bir villada yaşayıram. Bir səhər ayılıb pəncərəni açdım. Bir kişinin "Ece, sənə heyranam" deyərək yuxarı qalxdığını gördüm. İçəriyə girməyə çalışırdı. Elə qorxdum ki, pəncəri tez bağlayıb, qapıları açarladım. Qonşularım gəldi, həmin adamı uzaqlaşdırdılar".