"Firmalardan məhsullarını yerləşdirdikləri vitrinlərə görə obyekt sahibləri tərəfindən əlavə pullar alınır".
Bu fikirləri Unikal.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O qeyd edib ki, rəhbərlik etdiyi təşkilatın marketlərdə baş verən qanunsuzluqlarla bağlı İqtisadiyyat Nazirliyi ilə apardığı söhbətləri nəticə verməyib:
"Firmalar təklif etdiyi məhsulları vitrinlərə yerləşdirmək üçün market sahiblərinə əlavə pul ödəmək məcburiyyətində qalırlar. Bundan əlavə marketlərdə satılan malların üzərində yazılan qiymətlərlə kassada ödənilən pullar fərqli olur. Qeyd etdiyim bu pullar dövriyyədən gizlədilir və vergi tutulmur. Təəssüflər olsun ki, marketlər qayda-qanun yaratmaqla bağlı İqtisadiyyat Nazirliyi ilə apardığımız söhbətlər nəticə vermir".
 
Həsən Babayev