"Aşka sürgün","Geniş ailə" kimi seriallarından tanınan aktyor Fırat Tanış ibratamiz hərəkət edib.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, aktyor 2014-cü ildən evsizlərə şorba və çörək paylayan "Şorbada duzun olsun" adlı könüllülərə qoşulub. Əlləri ilə evsiz və ac olanlara şorba çəkən Fırat hər kəsi xeyirli işlər görməyə dəvət edib.

Görülən işi sosial şəbəkədə paylaşan aktyor altından yazıb:

"Hansı dinin, irqin, dilin olur, olsun, sonunda hamımız bir insanıq. Gəlin ayrılmaq əvəzinə, birləşək".