Əməkdar artist, tanınmış aktrisa Kubra Əliyeva Azərbaycanı tərk edib. Aktrisa bir neçə ay Türkiyədə qızının yanında qalacaq.

Unikal.org-un məlumatına görə, səfəröncəsi milli.az-a açıqlama verən əməkdar artisti qardaş ölkədə müayinə olunacağını da deyib:

"Bu ağır xəstəliyə tutulandan bəri hər il qış aylarını Türkiyədə qızımın yanında keçirirəm. Dekabrın əvvəllindən gedirəm, martda - Novruz bayramında evimə qayıdıram. Bu xəstəlik elədir ki, mütəmadi müayinə olunmalıyam. Türkiyəyə getməkdə məqsədim həm də müayinə olunmaqdır. Görək, qismət olsa, Novruz bayramında qayıdacam Bakıya".

Qeyd edək ki, aktrisa xərçəng xəstəliyindən əziyyət çəkir.