Quba rayon sakini bədbəxt hadisə nəticəsində ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Məlumata görə, martın 9-da Quba rayonunun Möhüc kəndində yaşayan Səddam Şükürov kənd ərazisindəki meşə zolağında kəsdiyi ağacın altında qalaraq ölüb. Faktla bağlı araşdırma aparılır.