Müğənni Afaq Aslan şəxsi həyatından danışıb.

Unikal.org  lent.az-a istinadən xəbər verir ki, ifaçı evlilik təklifi alıb:

"Ailə qurmağıma bir həftə qalmış sevgilimdən ayrıldım. Çünki o insanın yalanlarını gördüm. Buna baxmayaraq, ondan mənə xatirə 2 otaqlı ev qaldı. Ailə qurmaq barədə düşünürəm. Hazırda türkiyəli bəylə sevgiliyəm. Mənə tez-tez ailə qurmaq təklifi edir. Bir həftə öncə də mənə təklif etdi ki, ailə quraq. O, mənə dəstəkdir. Sənətimdə hər şeyi o maliyyələşdirir. Amma hələ ki, onu da sınayıram. Qismət, bəlkə ailə qurub, Dubaya köçdüm. Ora köçsəm də, bura gəlib gedəcəyəm. Çünki buradan daimi köçmək fikrim yoxdur.

A.Aslan onu da əlavə edib ki, çəkdirdiyi açıq-saçıq şəkillərə görə peşman deyil:

"Mənə deyirlər ki, illər sonra çəkdirdiyin şəkillərə görə peşman olacaqsan. Əsla, hələ bundan da betər şəkillər çəkdirəcəyəm. İnşallah, yaxın günlərdə yeni fotosessiyamı təqdim edəcəyəm.

Müğənni gələcəklə bağlı arzularından da söz açıb:

"Arzularım çoxdur. İstəyirəm ki, ana olum. Ailəm olsun. Müğənnilikdə də istədiyim pillədə olum.