Mars planetində çəkilən son görüntülər alimlər arasında müzakirələrə yol açıb.

Unikal.org-un məlumatına görə, kosmik aparatların "qırmızı planet"də çəkdiyi görüntülərdə 3 qüllənin olduğu müşahidə olunur. Bəzi alimlər iddia edir ki, həmin qüllələrin təbii proseslər nəticəsində əmələ gəlməsi mümkün deyil. Onların iddialarına görə, tikililər yadplanetlilər tərəfindən inşa edilib. Qüllələrin bir-birinə bənzəməsi bu iddiaları gücləndirir.