"Fənərbağça" qış transfer pəncərəsi zamanı heyətinə ulduz futbolçu qatmağı planlaşdırır.

Unikal.org-un qol.az-a istinadən yaydığı xəbərə görə, İstanbul klubunun əsas transfer hədəfi Oskardır. İstanbul təmsilçisi "Çelsi"nin yarımmüdafiəçisini icarə əsasında heyətinə cəlb etməyi hədəfləyir.

Oskarın keçidi alınmayacağı təqdirdə, "Fənər" diqqətini "Real"ın üzvü İskoya yönəldəcək.