Almaniya Bundesliqasında XIV tura start verilib.

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, turun ilk oyununda "Ayntraxt" Frankfurtda "Hoffenhaym"la qolsuz bərabərə qalıb.

Məğlubiyyətsiz lider "Leyptsiq" bu turda səfərdə, son pillədə qərarlaşmış "İnqolştadt"la üz-üzə gələcək.

Debütantın ən yaxın izləyicisi "Bavariya" isə "Volfsburq"u qəbul edəcək.

Almaniya Bundesliqası

XIV tur

9 dekabr

"Ayntraxt" - "Hoffenhaym" - 0:0

10 dekabr

"Köln" - "Borussiya" D. - 1:1

Qollar: Rudnevs, 28 - Roys, 90

"Bavariya" - "Volfsburq" - 5:0

Qollar: Robben, 18, Levandovski, 22, 58, Müller, 77, Kosta, 86

"Hamburq" - "Auqsburq" - 1:0

Qol: Kostiç, 68

"İnqolştadt" - "Leyptsiq" - 1:0

Qol: Rojer, 12

"Frayburq" - "Darmştadt" - 1:0

Qol: Petersen, 86

21:30 "Herta" - "Verder"

11 dekabr

18:30 "Borussiya" M. - "Maynts"
20:30 "Şalke" - "Bayer"