Portuqaliya çempionatında 13-cü turun oyunları keçirilir. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, millimizin iki üzvü olan Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi "Boavişta bu dəfə öz meydanında "Gimarayşı qəbul edib və məğlub olub. Kamran meydana ilk onbirlikdə çıxıb, Emin isə 70-ci dəqiqədə komanda yoldaşının əvəzinə meydana daxil olub. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb. Kamranın buraxdığı iki qol həlledici olub və "Boavişta ardıcıl üçüncü oyunda uduzub 1-2.