İspaniya La Liqasının 15-ci turunda "Real öz meydanında "Deportivonu 3:2 hesabı ilə məğlub edib.

Unikal.org-un Fanat.az-a istinadən yaydığı xəbərə görə, "Kral klubunun bütün turnirlər nəzərə alınmaqla, məğlubiyyətsiz oyunlar seriyası 35-ə çatıb. Bu isə klub tarixində yeni rekorddur.

Buna qədər "Realın ən uzun məğlubiyyətsiz oyunlar seriyası 34 olub. Bu nəticə 1989-cu ildə Leo Benhakkerin baş məşqçi olduğu vaxt qeydə alınıb.

Qeyd edək ki, "Real sonuncu dəfə bu ilin 6 aprelində, Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk matçında səfərdə "Volfsburqa uduzun - 0:2.