Gözlə gördüyünüzə inanmayın. Elmdə təsdiq olunmuş fakta görə insanın görmə trayektoriyası 190 dərəcədir. Lakin gözlərimiz heç də ideal səviyyədə deyil. Bəzən gördüyümüz heç də reallığı əks elətdirmir. 

Unikal.org bu fikri təsdiq etmək üçün bir şəkil təqdim edir.  Sadəcə, şəklin mərkəzindəki nöqtəyə baxın. O zaman anlayacaqsınız ki, sizin preferik baxışınız insanları necə bədheybətlərə çevirir.

Şəkildəki insanların simaları əyilir, düz deyilmi? Biz şəklə nə qədər çox baxırıqsa. bir o qədər də əyilmə çox olur. Anlamaq istəyirsiniz ki, niyə baxışlarınız sizi aldadır? Yaxın oturun, bu barədə daha ətraflı məlumat veririk. Birinci başlayaq, gözlərdən. Bizim gözümüzdə sarı sahə adlanan kiçik bir ləkə var. Sarı ləkənin özəlliyi ondan ibarətdir ki, gözümüzdə ən çox retsepterlər orda cəmləşib. Bu retsepterlərin köməkliyi ilə biz diqqətlə baxdığımız nöqtəni daha aydın görürük. Gəlin daha aydın baxdığımız bucağa nəzər nöqtəsi deyək. 

Nəzər nöqtəsi bizim baxış trayektoriyasının cəmi 10 faizini təşkil edir. İndiki halda nöqtəsi şəklin ortasında olan ağ-qara üstəgəl işarəsidir. Beyin nəzər nöqtəsindən kifayət qədər informasiya ala bilmədiyindən, digər baxış bucaqlarından informasiya almağa çalışır. Digər baxış bucaqları isə nəzər nöqtəsinin ətrafında dəyişən şəkillərdir. Nəzərə alsaq ki, gözümüzdə əsas retsepterlər sarı ləkədə toplaşıb və bizim nəzər nöqtəsindən kənar qalan bucaq o qədər də aydın görüntünü beyinə ötürə bilmir. Şəkillər isə sürətlə dəyişdiyindən, beyin informasiyanı tam olaraq aydınlaşdıra bilmir və beynimiz sadəcə şəkildəki üz cizgilərini biri-birinə calayaraq şəklin tam görüntüsünü bizə təqdim edir.(publika.az)