Türkiyə Superliqasının 14-cü turu çərçivəsində "Qalatasaray "Qaziantepsporu qəbul edir.

Unikal.org xəbər verir ki, "TT Arenada keçirilən qarşılaşmada meydan sahibləri 12-ci dəqiqədə hesabı açıb. "Qalatasarayın futbolçusu Yasin Öztəkin vurduğu qolu əsgər salamı ilə qeyd edib. Bununla o, İstanbuldakı terror hadisəsində şəhid olan polisləri yad edib.

Həmçinin Yasin qoldan sonra etdiyi daha bir hərəkətlə stadiona toplaşanları duyğulandırıb. O, meydanın kənarında xidmətdə olan iki polisi qucaqlayıb.