Dünyadakı ilk sevgi şeiri təxminən 4000 il qədər əvvəl şumerlilər tərəfindən Nippur şəhərində yazılıb.

Unikal.org xəbər verir ki, bir lövhə üzərində olan bu şeir amerikalı şumerolog Samuel Noah Kramer tərəfindən müasir dillərə tərcümə olunub. Dünyadakı ilk sevgi şeiri Bağdadın 150 km uzaqlığında olan və qədim Şumer şəhəri olan Nippurda 1889-ci ildə tapılıb.

Şumer inancına görə, torpağın bərəkətini və məhsuldar olmasını təmin etmək məqsədi ilə Kralın ildə bir dəfə Bərəkət və Sevgi ilahəsi Enlilin yerinə bir rahibə ilə evlənməsi müqəddəs bir vəzifə idi. Bu şeir böyük bir ehtimalla Kral Şusi üçün yeni il bayramını qeyd etmə mərasimində deyilmək məqsədilə qələmə alınmış və ziyafətlərdə, məclislərdə musiqi, mahnı və rəqs ilə söylənilirdi.

Dünyanın ilk sevgi şeirinin dilimizə tərcüməsini təqdim edirik:

Mənim bəyim, canımın içi,

Gönül açar gözəlliyin bal kimi şirin,

Aslan, canımın içi,

Xoşdur gözəlliyin, bal kimi şirin.

Məni əsir etdin, titrəyərək qarşısında dayanım,

Bəyim, yataq otağına götür məni,

Məni əsir etdin, titrəyərək qarşısında dayanım,

Aslan, yataq otağına apar məni.

Mənim bəyim, səni oxşayım,

Sevdalı sözlərin baldan da şirin,

Balla dolu otaqda,

Gönül açan gözəlliyinin dadını çıxaraq,

Aslan, oxşayım səni,

Sevdalı sözlərin baldan da şirin.

Bəyim, şəfəqə qədər yat evimizdə,

Bilərəm ürəyinin harada sevindiyini,

Aslanım, şəfəqə qədər yat evimizdə.

İstanbul Arxeologiya Muzeyinin köhnə şərq əsərləri hissəsində 2461 nömrəli lövhədə bu şeir yerləşir. Bu şeir şumerlərə aid dünyanın bilinən ən köhnə sevgi şeiri və mahnısıdır. Yuxarıda olan fotoşəkildə də göründüyü kimi çox az bir qismi sınıb. (modern.az)