Avropa film akademiyası (European Film Academy) European Film Awards 2016 mükafatının qalibini açıqlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, İlin ən yaxşı filmi "Toni Erdmann tragikomediyası seçilib. Filmin müəllifi Maren Ade ssenaristlər və rejissorlar arasında birinci olmağı bacarıb.

Filmdə baş rolu oynayan Peter Simonişek "Ən yaxşı avropalı aktyor seçilib. O, filmdə ekssentrik, qızına qayğı göstərməyə çalışan, özünü biznesmen kimi qələmə verən ata obrazı yaradıb.