Bu gün ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümüdür.

Unikal.org-un  məlumatına görə, sənət aləminin tanınmış simaları ulu öndərlə bağlı paylaşımlar edərək, onun xatirəsini yad ediblər.

Xalq artisti Nazpəri Dostəliyeva Heydər Əliyevin fotosunu paylaşaraq "Ümumilli liderimiz Heydər Əliyevin ölümündən 13 il keçir. Dahilər heç zaman ölmür, adı daima anılacaq sözlərini yazıb.

Xalq artisti Alim Qasımov video paylaşaraq bunları qeyd edib:
"Ümumilli lider, dahi şəxsiyyət, böyük siyasətçi Heydər Əliyevin anım günüdür. Allah rəhmət eləsin.

Xalq artisti Faiq Ağayev "Dahi mahnısını paylaşaraq, "Ruhun şad olsun dahi şərhini yazıb.

Xalq artisti Firəngiz Mütəllimova ümummilli liderlə fotosunu paylaşaraq "Ən yaxşı və ən çətin anlarımızda yanımızda olan və qayğılarını heç vaxt əsirgəməyən möhtəşəm və müdrik babamız. Yerin cənnət olsun, İnşallah şərhini qeyd edib.

Əməkdar artist Murad Dadaşov isə "Azərbaycan tarixinin danılmaz lideri, şəxsiyyətini xalqı ilə bütünləşdirən, "Böyük ünvanını əməllərinin mahiyyəti ilə təsdiqləyən dahi rəhbər - Heydər Əlirza oğlu Əliyevin ölümündən 13 il keçir. Bu tarixi sayqı ilə anırıq sözlərini yazıb.

Əməkdar artist Aybəniz Haşımova isə buları qeyd edib:
"Ölməz tarix. 12 dekabr dahi Heydər Əliyevin bizi tərk etdiyi gündür. Biz onu çox axtaracağıq.

Əməkdar artist Abbas Bağırov isə mərhum prezidentlə bağlı video paylaşıb və "Ulu Öndər Heydər Əliyev şərhini yazıb.

Əməkdar artist Elza Seyidcahan Heydər Əliyevin anım tədbirindən foto yayımlayıb, "Heydər Əliyev heç vaxt unudulmayacaq sözlərini yazıb.

İş xanımı Ruhi Əliyeva "Ulu öndər Heydər Əliyev, sizin xatirəsini qürurla yad edirik. Müasir Azərbaycanımızın banisi, ruhunuz şad olsun. Məzarınız nurla dolsun, Allah sizə rəhmət etsin şərhini yazıb.

Müğənni Rəqsanə İsmayılova isə Heydər Əliyevin kəlamlarından birini paylaşıb:
"Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam! Azərbaycanın qurucusu, nur ilə yatın.

Müğənni Elvin Abdullayev "Ümummilli liderimiz Heydər Əliyevin anım günüdür. Allahdan ona rəhmət diləyirəm, ruhu şad olsun. O Azərbaycanın ən böyük qurucularından biri oldu. Ona görə də onu yad etmək hər birimizin borcudur. Unudulmaz şəxsiyyət şərhini yazıb.

Müğənni Natavan Həbibi də ulu öndəri yad edib. O, "12 dekabr - xalqın əbədi sevgisini qazanmış ümummilli lider H.Əliyevin anım günüdür. Heydər Əliyev respublikada ictimai-siyasi sabitliyi təmin edib, vətəndaş qarşıdurmasını aradan qaldırıb, ölkənin parçalanmasının qarşısını almaqla milli qurtuluşu təmin edib. O, xalqımızın yaddaşında qurucu və xilaskar dövlət xadimi, xalq məhəbbətini qazanan öndər kimi qalıb ve qalacaq da... deyə, bildirib.

Müğənni Zamiq Hüseynov isə instaqramda "Ulu öndərə Allah rəhmət eləsin başlığı ilə liderin fotosunu yayımlayıb.

Müğənni Günay İbrahimli "Allah ulu öndərimizə rəhmət eləsin" sözlərini qeyd edib.