"İlk stop kəlməsini anamdan eşitmişəm. Bəzi məsələlərlə bağlı valideynlərim mənə bu kəlməni deyib.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Günay İbrahimli rejissor Nail Naiboğlunun "Stop (Youtube İNTV) verilişinə açıqlamasında deyib.

İfaçı sevgilisindən danışıb. O bildirib ki, burun əməliyyatını da sevgilisinin istəyi ilə etdirib:

"7 ildir heç kim məni burun əməliyyatına razı sala bilmirdi. Sevgilim yola gətirdi, dedi, get, mən də etdirdim. Biz 2 ildir birlikdəyik. O mənim həm dostum, həm sevgilimdir. Şəhərdə onun kimi oğlanlar barmaqla sayılacaq qədər azdır. O da mənə qismət olub. Əvvəl biz dost kimi tanış olduq, sonra günümüz bir yerdə keçirdi. 2 ay keçəndən sonra aramızda bir sevgi başladı ki, hələ də davam edir.

G.İbrahimli bir vaxtlar ona sponsorluq edən xanımla küsülü olduğunu və hazırda birlikdə çalışmadıqlarını söyləyib.

Müğənni prodüser sarıdan bəxtinin gətirmədiyini söyləyib:

"Çox insanlarla işləmişəm, köməkçi də olub, prodüser də. Yaxşı müdir olmamışam ki, prodüserlər başıma çıxıb. Köməkçiyə belə prodüser demişəm, klipdə adını yazdırmışam.axşam.az