Sosial şəbəkələrdə bir qızın sevgilisinə qarşı etdiyi ilginc zarafat videosu izləmə rekordu qırıb.

Unikal.org-un məlumatına görə, sevgilisinin evdə olmamasından istifadə edən qız xüsusi qrim vasitəsi ilə özünü meyit halına gətirib. Mənzinin döşəməsinə, qapılara, üstünə qırmızı rəngli maddə tökən gənc yerdə uzanaraq ölüm səhnəsini oynayıb.

Otaqlara kamera qoyan qızın sevgilisi evə gələndə hər yeri və qızı da "qan" içində yerdə görəndə şoka düşüb. Sevdiyi xanımın kimsə tərəfindən öldürüldüyünü zənn edən oğlan ağlamağa başlayıb.

Yerdə uzanan "meyit" isə bir müddət sakit vəziyyətdə qalsa da, sonradan gülməkdən özünü saxlaya bilməyib. Oğlanın həyəcanlı olduğunu və telefonunu götürüb harasa zəng etmək istəyini bilən qız onunla zarafat etdiyini bildirib. Sevgilisinin zarafatından əsəbləşən oğlan onu təhqir edib.