"Peşmançılıq çəkməməmk üçün çoxlarına söz qaytarmıram. Buna görə məni zəif bilməsinlər. Sadəcə, abır-həyamı gözləyirəm.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Niyam Salami "ATV maqazin onlarla verilişinə açıqlamasında deyib.

Sənətçi ünvanına deyilən "Onu mən müğənni etdim sözlərinə sərt cavab verib:

"Mənə kömək edən yeganə insan Nailə Mirməmmədlidir. Heç vaxt yaxşılığını başıma qaxınc etməz. Belə böyük adam köməyini dilə gətirmirsə, başqalarının deməyi gülməlidir".

N.Salami son günlər şou-proqramın zəif olmasından şikayətlənib. O, restoranda oxuyan müğənniyə hörmət qoyulmadığını bildirib:

"Neçə il bundan əvvəl restoranda işləyirdim. İlk şou Aygün Kazımovanın olub. Azər Mirzəyevlə Gülşən Qurbanova aparıcı idi. Heyran qalmışdım ki, necə gözəl şoudur. Ora həvəslə gəlirdilər, əsl şou idi. İndi yoxdur, fonoqramdı hamısı. Şou üçün səhnə lazımdır. Saat 8-ə qədər nə yedin yedin, ondan sonra səhnə açılır, meyvə, içkilər olmalıdır, oturub ifalara qulaq asmalısan. Bizdə müğənni oxuyanda biri lülə qışqırır, digəri hesab istəyir, fit çalır, tum çırtlayır. Bizdə belə şeylər cılızlaşıb. Müğənnilərin çoxu da həvəsdən düşüb. Məcburuq kanallara çıxaq, oxuyaq, toy tutaq. Səhnə yoxdur. Bütün toylarımız dünyada birincidir. Amma axşam bəy-gəlin evinə gedəndə əliboş qalır. Bir toya 30-40 min pul qoyurlar. Bəs yeni evlənən bal ayına getmək istəyir, ev almaq arzulayır, necə olacaq? Toydan sonra bəy düşünür ki, gəlinin saçının pulunu necə ödəyim? Qohumu toya dava salmağa yox, pul yazdırmağa, köməyə dəvət edirirk".