Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

Unikal.org AzərTac-a istinaədn xəəbər verir ki, Görüşdə, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən energetika sektorunda hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Prezident İlhamƏliyev martın 10-da Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçi qəbul edib.

Görüşdə ölkələrimiz arasında bir sıra sahələrdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Gürcüstanın Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da İsrailin sabiq xarici işlər naziri Tsipi Livnini qəbul edib.

Söhbət zamanı müasir dünyada bu cür forumların keçirilməsinin beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsinin aparılması baxımından xüsusi önəm daşıdığı bildirilib.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da Polşanın sabiq Prezidenti Bronislav Komorovskini qəbul edib.

Qeyd olunub ki, dünyanın tanınmış siyasətçilərinin və nüfuzlu ekspertlərin beynəlxalq aləmdə baş verən hadisələri müzakirə etmələri baxımından Forum çox yaxşı fürsətdir.

 

 

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 10-da IV Qlobal Bakı Forumunda iştirak edən Bolqarıstan Prezidenti Rosen Plevneliev ilə görüşüb.

Görüşdə ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən, son illərdə ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etməsindən və strateji tərəfdaşlıq səviyyəsində olmasından məmnunluq ifadə edilib.