"Natavanın yerində olsaydım, Aygün Kazımova ilə mənə qoşulardım. Üçümüz "Həbibim mahnısını ifa edərdik. Niyə də yox?.

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni-bəstəkar Rəhim Rəhimli "Xəzər maqazin"ə açıqlamasında deyib. İfaçı şou-biznesdəki yeni qruplaşmadan danışıb. O, xalq artisti Aygün Kazımova və müğənni Natavan Həbibini barışığa səsləyib.

R.Rəhimlinin bu təklifinə Aygün Kazımova da müsbət yanaşdığını bildirib:

"Biz yaradıcı insanlarıq. Ortaya layihələr çıxarmalıyıq. Təbii ki, razıyam. Niyə olmasın? Mən təsəvvür edirəm, çox maraqlı olar.

N.Həbibi də R.Rəhimlinin təklifinə müsbət yanaşıb:

"H-trio olar. "W-trio artıq olub (gülür). Mənə hələ heç kəs təklif etməyib. Xahiş edirəm, yazılı şəkildə mənə təklifinizi bildirin. Sizin cavabınızı gözləyirəm.