Müğənni Nadir Qafarzadə şəxsi həyatından danışıb. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, müğənni "Şou-məkan verilişində bildirib ki, həyat yoldaşına olan sevgisi gündən-günə daha da alovlanır: "Onsuz qala bilmirəm. Məni qınamayın. Dəhşətdir bu. Bilmirəm, başqalarında da belədir, yoxsa yox. Son illər bu istilik daha da alovlanır. Bizim haqqımızda danışanda həyat yoldaşım istəmir qulaq assın. Deyir, camaat elə biləcək ki, biz özümüzü gözə soxuruq. Deyirəm ki, onu fikirləşən anormal bir insandır.

Qızının olmamasından təəssüflənən müğənni yaşlananda həyat yoldaşı ilə tək qala biləcəyi ehtimalını da dilə gətirib: "Bu iki erkəyi evləndirdikdən sonra arvadlarını da götürüb gedəcəklər, yadlarına düşməyəcəyik. Gərək bir qızımız olaydı. Qızımız qalmadı. Qızımız qalsaydı, bəlkə bu fikirlər məndə olmazdı. Nə bilim, bəlkə, gəlinim mənə qız olacaq. Allah yəqin, mənə deyib, sən gəlin əlinə baxmalısan.