Naxçıvanda ağır yol qəzası baş verib.

Unikal.org-un lent.az-a istinadən məlumatına görə, Sədərəkə gedən yolda "KİA" və "Toyota Prado" markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdə olan 3 nəfər xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq "KİA"da olan 46 yaşlı sərnişinin həyatını xilas etmək mümkün olmayıb.

Araşdırma aparılır.