"Bakıya ilk gəlişimi çox yaxşı xatırlayıram. O vaxt gecə yarısı gəlmişdim. Bu gün gündüz vaxtı gələrkən, təyyarədən də Azərbaycandakı ötən iki onillikdə baş verən inanılmaz dəyişikliyi, inanılmaz inkişafı görə bildim. Burada çox böyük irəliləyiş əldə edilib. Mən Sizin rəhbərliyinizi alqışlayıram. İsrail ilə Azərbaycan arasındakı tərəfdaşlığı və bunu gələcəyə doğru irəliləyişin bir parçası olaraq görməyinizə görə alqışlayıram."

Unikal.org xəbər verir ki, bu fikirləri İsrailin Baş naziri Benyamin Netanyahu Prezident İlham Əliyev ilə mətbuata birgə bəyanatında söyləyib.

Azərbaycan və yəhudi xalqlarının mənafeyi naminə əməkdaşlıq üçün bir çox sahələrin olduğunu qeyd edən Benyamin Netanyahu deyib ki, ölkələrimizin energetika sahəsində möhkəm əlaqələri var.

"Bu gün biz burada danışarkən İsrailin qaz idxalının Azərbaycandan Türkiyəyə inşası davam edən böyük boru xəttinə calaşdırılmasından söhbət edirik. Şübhəsiz, bu, hər iki ölkənin iqtisadiyyatını gücləndirə biləcək bir istiqamətdir. Düşünürəm ki, bu, daha böyük bir xidmət olacaq. Energetika bizim sıx şəkildə əməkdaşlıq etdiyimiz sahələrdən yalnız biridir, - deyə İsrailin Baş naziri qeyd edib.