Pakistan və Hindistanın sərhədində yaşayan Hunza Türkləri Hun Türklərinin davamçılarıdır. Hər birinin müsəlman olduğu Hunza Türkləri orta hesabla 110-120 il ömür sürürlər. 65 yaşlı insanlar hələ yolun yarısını gəlmiş hesab olunur, 100 yaşında ölənlər üçün isə cavan öldü deyilir. Bu Türk xalqının qadınları 65-70 yaşlarında da ana ola bilirlər.

Unikal.org xəbər verir ki, Hunza türklərinin ən maraqlı xüsusiyyəti isə indiyə qədər bir nəfərin belə xərçəng xəstəsi olmamasıdır. Həkimlərin və alimlərin diqqətini çəkən bu xüsusiyyət və yaş dövrü onları araşdırma aparmağa sövq etdirib. Və nəhayət, HunzaTürklərinin uzun yaşamasının səbəbini tapıblar. Bəlli olub ki, uzunömürlülüyün və heç vaxt xəstələnməmələrinin sirri sağlıqlı qidalanmalarıdır.

Hunza Türkləri dənizdən 6 min metr hündürlükdə yerləşən bol oksigenli bir regionda yaşayırlar. Ət və ədviyyatlı yeməklərə daha çox üstünlük verirlər, yalnız öz istehsal etdikləri meyvə-tərəvəzləri yeyirlər. Buz kimi təmiz su içib, əkib-becərdikləri ilə qidalanırlar.

Hunza Türkləri coğrafi zərurətlərdən və iqlim dəyişiklikləri səbəbindən Sibirdən və Rusiyanın düzənliklərindən Orta Asiya çöllərinə eniblər. Oturaq və meşəçilik həyatından çöl həyatına uyğunlaşıblar.