Bakıda 47 yaşlı qadını sərnişin avtobusu vurub.

Unikal.org-un "Report"a istinadən xəbərinə görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, metronun "Koroğlu" stansiyasının yaxınlığında dayanacaqda avtobus gözləyən 1969-cu il təvəllüdlü Qasımova Vəsilə Yaşar qızı səkidən yerə düşüb. Bu zaman sürətlə gələn 60 nömrəli sərnişin avtobusu V.Qasımovanı vurub. O, xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.