Müğənni Tuğba Özerk 4 ay ailəli qaldığı Altan Nuhdan boşanması ilə söz-söhbətə səbəb olub.

Unikal.org-un türkiyə mətbuatına istinadən məlumatına görə, Tuğbanın anası bir verilişdə Altanı qızını döyməkdə ittiham edib.

A.Nuh isə ittihamlara belə cavab verib:

"Tuğba bir tədbirdə məni pis vəziyyətdə qoydu. Səsini yüksəltdi, mobil telefonunu başıma atdı. Mən də əsəbiləşib yerə düşən telefonu götürüb yerə çırpdım. Üzümə tüpürdü, mənə yumruq, şillə vurdu. Dostlarımının yanında üstümə hücum etdi, çiynimi dişlədi. Mən də müdafiə məqsədi ilə onu itələdimş. Bunların hamısının fotoları və hesabatları var.

Sonra otağıma getdim ki, əşyalarımı götürüm. Qayıdanda gördüm ki, əlində bıçaq var. Üsümə cumdu və bıçağı qarnıma dayadı. Əlimi yaraladı. Sonra bıçağı atıb qayçını götürdü. Gələn polislərin önündə "Səni öldürəcəyəm" dedi. İndiyə qədər heç bir qadından eşitmədiyim söyüşləri söydü...

Tuğba mənimlə olduğu zaman keçmiş sevgilisindən mobil telefon hədiyyəsi aldı. Hətta ona maddi dəstək olduğunu da bilirəm".