Şəmkirdə qadından silah götürülüb.

Unikal.org DİN-ə istinadən xəbər verir ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəllər Cəyir kəndində yaşayan Rəfiqə Abdullayevanın evinə baxış zamanı oradan qundağı və lüləsi kəsilmiş "Karabin" markalı silah aşkarlanıb.