"Nişanlanmağım haqda heç nə demirəm, deməyəcəm də. Bu, mənim şəxsi işimdir. İstəmirəm ki, şəxsi həyatımla bağlı kimsə məndən daha çox məlumatlı olsun. Mən heç kimin şəxsi işi ilə maraqlanmıram".

Unikal.org-un məlumatına görə, bu sözləri müğənni Natavan Həbibi "ARB Ulduz"da yayımlanan "Şou məkan" verilişinə açıqlamasında bildirib.

Sənətçi şəxsi həyatı ilə bağlı bundan sonra açıqlama verməyəcəyini deyib:

"İstəmirəm kimsə mənim şəxsi işimlə maraqlansın, müdaxilə etsin. Bu, çox ciddi məsələdir, qarşı tərəf çox ciddi insandır. Biz bunu şou naminə etmirik".

N.Həbibi ailə qurduqdan sonra toylara getməyəcəyini söyləyib:

"Demək olar ki, artıq, sənətlə məşğulam. Elə məclislər var ki, mən ora mütləq getməliyəm. Saytlar, televiziyalar və şou proqramlar artıq yoxdur.