Tovuz rayonunda 33 yaşlı qadın zəhərlənmədən ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kəndində baş verib.

Kənd sakini, 1983-cü il təvəllüdlü Yusibova Şəhla Cabbar qızı yaşadığı evdə zəhərlənib. Yaxınları tərəfindən Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən Ş.Yusibovaya göstərilən bütün tibbi yardımlara baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda onun nədən zəhərlənməsi ilə bağlı araşdırma aparılır.