Türkiyənin Adana vilayətində qarın yağması yolların buz bağlaması ilə nəticələnib. Yolların isə buzlu olması səbəbindən 36 avtomobil zəncirvari qəza düşüb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, qəzada 41 adam isə yaralanıb.

Qəza bu gün Adananın Aksaray-Adana yolunun 40-cı kilometrində meydana gəlib. Qəza yerinə çox sayda təcili yardım biriqadası gəlib. Yaralılar təcili yardım avtomobilləri ilə Aksaray və Niğdəki xəstəxanalara yerləşdiriblər.

10 nəfər Niğdə, 31 adam da Aksaray xəstəxanasına yerləşdirilib.