Gəncədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Unikal.org ARB TV-yə istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 7:00 radələrində şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini, 63 yaşlı Əjdər Rzayev idarə etdiyi "Mitsubishi Pajero" markalı avtomobillə yolu keçən piyada, 72 yaşlı Xədicə Abdullayevanı vurub.

Qadın aldığı xəsarətdən yerindəcə keçinib. Sürücü isə qəzanı törətdikdən sonra hadisə yerindən qaçıb. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları gəliblər.

Meyit Məhkəmə Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə aparılıb. Məlumata görə, Xədicə Abdullayeva Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyində süpürgəçi işləyirmiş.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.