Azərbaycan prezidenti İlham Əliyev Doris Loythardı İsveçrə Konfederasiyasının prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

Unikal.org-un məlumatına görə, dövlət başçısının məlumatında deyilir:

"Biz Azərbaycan ilə İsveçrə arasındakı münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələrin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

Dövlətimizin başçısı İsveçrənin yeni seçilmiş Prezidentinə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətində uğurlar diləyib.

Azərbaycan Prezidenti İlham Əliyev Avstriyanın yeni seçilmiş Federal Prezidenti Aleksander Van der Bellenə təbrik məktubu göndərib.

Məktubda deyilir: "Ümidvaram ki, Azərbaycan-Avstriya dostluğu və əməkdaşlığının daha da möhkəmlənməsi, əlaqələrimizin bütün sahələrdə dərinləşməsi yolunda birgə səylər göstərərək ikitərəfli münasibətlərimizin inkişafına yeni töhfələr verəcəyik.

Dövlətimizin başçısı Avstriyanın yeni seçilmiş Prezidentinə ən xoş arzularını yetirib, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətində ona uğurlar diləyib.