76 yaşlı Məhəmməd Qurbanov Hacıqabul ərazisində Şirvan kanalında batıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Hacıqabul rayonu, Ağacanlı kəndi ərazisindən keçən Şirvan kanalında (ən yaxınlıqdakı məntəqədən 9 km aralıda nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1940-cı il təvəllüdlü, Məhəmməd Cəlil oğlu Qurbanovun cəsədi batdığı yerdən 50 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.