"Çelsinin hücumçusu Dieqo Koşta pivə həvəskarıdı. 

Unikal.org-un məlumatına görə, ispan hücumçu oyundan dərhal sonra bir bakal pivə içməyi çox xoşlayır.

Maraqlıdı ki, "zadəganların baş məşqçisi Antonio Konte ona oyundan sonra pivə içməyə icazə verib.

İtaliyalı mütəxəssis qərarını belə izah edib: "Pivə bərpa üçün yaxşı vasitədi. Ancaq cəmi bir bakal içmək olar. Özü də oyundan dərhal sonra, daha bir saat sonra yox. Mənim komandamda peşəkarlar toplaşıb. Menecer və ya məşqçi "bunu edin, onu etməyin deməməlidi. Onlar peşəkarlardı və nəyi etmək, nəyi etməmək lazım olduğunu yaxşı bilirlər.

Qeyd edək ki, bu mövsüm İngiltərə çempionatında 15 oyun keçirən Koşta 12 qol vurub, 5 qol ötürməsi edib.