Ötən gün respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi İdarəsindən Unikal.org-a verilən məlumata görə, nəticədə 4 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Ölümlə nəticələnən hadisələrinin hamısı piyadaların vurulması ilə bağlı olub.

Naxçıvanın Ordubad rayonunun Sabirkənd kəndində "AZsamandın vurduğu 2 piyadadan biri ölüb, digəri ağır yaralanıb. Cəlilabad, Gəncə və Bakının Xəzər rayonlarında da avtomobillər piyadaları vuraraq öldürüb.