Moskvada yaşayan bir qrup separatçı Azərbaycan əleyhinə tədbir keçirməyə hazırlaşır. 

Unikal.org bildirir ki, bu barədə Lent.az-a Moskvadakı mənbələrdən məlumat daxil olub. Məlumata görə, özlərini qondarma "Talış Dirçəliş Hərəkatının üzvləri adlandıran qrup hərəkatın himnini təqdimatını keçirməyə hazırlaşır. Tədbir hansısa şəxsi obyektdə və ya mənzildə deyil, Moskva Millətlər Evində keçiriləcək.

Dekabrın 16-da keçirilməsi nəzərdə tutulan tədbirə qondarma hərəkatın üzvləri dəvət edilib.
Advertising 35

Himnin mətni isə Azərbaycan tarixi, qəhrəmanları və ərazi bütövlüyü əleyhinə məqamlarla doludur.