"Müəyyən jurnalistlər olub ki, adımdan istifadə edərək məqalə dərc ediblər".

Unikal.org-un məlumatına görə, bu fikirləri tanınmış müğənni Səyyad Əlizadə Qafqazinfo-ya müsahibəsində deyib. S.Əlizadə jurnalistin "həbs olunan reket "jurnalist"lərdən Sizi təhdid və şantaj edəni olubmu?" sualına müsahib belə cavab verib:

"Onlara Allah hidayət versin, düz yola getsinlər. Mədəniyyət işçisiyəm, müğənniyəm və iş adamı deyiləm. Gözükölgəli işim yoxdur ki, məni şantaj etsinlər. Düzdü, müəyyən jurnalistlər olub ki, adımdan istifadə edərək məqalə dərc ediblər. Halbuki, yazıda dərc edilən sözləri mən deməmişəm. Bu da düzgün deyil. Məni heç kəs şantaj etməyib. İnsanlar var ki, məşhurlaşır, pul qazanır və düşünür ki, xalqın ona borcu var.

Sən kimsən axı? Məndə isə fərqlidir. Xalqın mənə hörməti var. Hər kəsə də hörmət edirəm. Məndən kiçik olan şəxslərlə özümü həmyaşıd kimi aparıram. Heç kəsə yuxarıdan aşağı baxmıram, öyünmürəm. Düşünürəm ki, Allah bizə xalqın sevgisini verib, çaşmaq olmaz. Gərək millətə qarşı diqqətli olasan".