"Dünyanın əksər ölkələrindən fərqli olaraq, bizdə enerji sahəsində bir və ya beş şirkət deyil, 4000-ə yaxın şirkət fəaliyyət göstərir. ABŞ prezidenti və ya mən müraciət edib desək ki, qiymətlərin artması üçün hasilatı azaldın, o şirkətlər bizi dinləməyəcək. 

Unikal.org-un  apa-ya istinadən xəbərinə görə, bu sözləri ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi Amos Hokştayn Bakıda keçirdiyi mətbuat konfransında deyib. A. Hokştayn bildirib ki, dünya enerji bazarında təklif artımı müşahidə olunur və qiymətlər aşağı düşür: "Lakin qiymətlərin aşağı düşməsi ABŞ-ın istəyi deyil və bizim bazara müdaxiləmiz nəticəsində baş vermir. Məhz OPEC qiymətlərin dəyişməsinə təsir edən qurumdur. Bu təşkilatın üzvləri bir araya gələrək qiymət artımını təmin etmək üçün hasilatı azaltmaq barədə qərara gəliblər.