"Barselona" hücumçu Luis Suareslə yeni müqavilə imzalayıb.

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, yeni müqaviləyə əsasən, Suares 2021-ci ilin yayına kimi katalonların şərəfini qoruyacaq.

Bu barədə klubdan açıqlama verilib. Əlavə edək ki, bir neçə gün əvvəl klub prezidenti Xosep Bartomeu klubla uruqvaylı arasında razılığın əldə olunduğunu, sadəcə bir neçə xırda detal həll edildikdən sonra rəsmi açıqlama veriləcəyini bildirmişdi.
Forvardın transfer qiymətinin 200 milyon avro olaraq müəyyənləşdirildiyi qeyd edilib.

Qeyd edək ki, Suares 2014-cü ildən "Barselona"nın şərəfini qoruyur.