Bakı-Qazax magistralında ağır yol qəzası baş verib. 

Unikal.org-un Lent.az-a istinadən məlumatına görə, yolun 72-ci kilometrliyində "Nissan Sentra" markalı minik avtomobili "KamAZ" markalı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.