Bakıda tikintidə ölüm hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə bu gün paytaxtın Səbail rayonunda tikilməkdə olan binada qeydə alınıb. Orada fəhlə işləyən, 55 yaşlı Rafiq Əliheydər oğlu Allahverdiyev binanın 8-ci mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.